Son 200 il 

Bu ifadəni tez-tez eşidirik: “Sürətlə dəyişən dünya”. Dünyamız həqiqətənmi sürətlə dəyişir?
Qədim insanın tarix səhnəsində ilk addımlarını atdığı dövrdən müasir insanın yaşadığı dövrə qədər cəmiyyətin keçdiyi zaman kəsiyinə, daha doğrusu bu zaman kəsiyinin son 50 000 ilinə kiçik bir ekskursiya edək. Səthi bir araşdırma ilə son 200 ildə insan cəmiyyətinin 49 800 ilə nisbətən nə qədər kəskin sıçrayışla dəyişdiyini görmək olar.

Gündəlik həyatımızda istifadə edilən maddi qiymətlilərinin əksəriyyəti məhz son 100 ildə hazırlanıb! Elektron hesablama maşınları, kompüter, İnternet, rəqəmsal pul qabı, bitkoyn, sürücüsüz avtomobillər, pilotsuz uçan aparatlar, DNT-nin şifrəsinin oxunması, süni intellekt…

Bu siyahını çox uzatmaq olar. Onların hər biri həyatımıza məhz son 100 ildə daxil olublar, həm də çox böyük sürətlə. Həyatımıza sürətlə daxil olan bir çox texnoloji yeniliklərin özləri də mahiyyətini böyük tezliklə dəyişir. Məsələn:

  • ilk dövrlərdə 20000 ABŞ dolları dəyərində qiymətləndirilən bitkoyn dəyərini cəmi bir il ərzində sürətlə 3700 ABŞ dollarına qədər dəyişdi;
  • sürücüsüz avtomobillər artıq utopiya deyil, avtomobillər təkcə yerdə deyil, göydə də “gəzrlər”.
  • adi poçt xidməti elektron poçt əvəz edib. Amazon şirkəti isə sifarişlərin çatdırılmasında dronlardan istifadə edəcəyini bildirir.
  • DNT şifrənin bir faylda açılması testi 1999-cu ildə 2,7 milyard manata başa gəlirdi, cəmisi 19 il sonra bu testin qiyməti 100 dollar idi.
  • 2013-cü ildə Google Glass-ın çatışmamazlıqları kifayyət qədər idi, cəmisi 5 ildən sonra isə Çin polisinin eynəyindəki kamera insanları skan etməyə və cinayətkarı tapmağa imkan verdi.
  • süni intellekt çox böyük sürətlə müxtəlif sahələrdə tətbiq edilir, bir neçə il öncə isə bu utopiya kimi görünürdü.
Sürətlə dəyişən dünya Cəmil Əsədov

Texnoloji inkişaf və dəyişən dünya

Bütün bunlar və sadalamadığımız çox saylı yeniliklər möhtəşəm dəyişiklik maşını – texnoloji inkişaf sayəsində baş tutub. Bu inkişafı yalnız güclü bir sellə müqayisə etmək olar. Texnoloji inkişaf seli o qədər sürətlə “axır” ki, dünən istifadə edilən əşyalar bu gün istifadəyə yaramır. Sürətlə dəyişən  texnologiyalar həyatımızın aparıcı qüvvəsinə çevrilir, yeni sosial- iqtisadi dəyişiklikləri əsasını qoyur.

Biz qısa müddətə yazılmış təlimatlarla hazırlanan, qısa zaman kəsiyində istehlak üçün nəzərdə tutulmuş, qısa ömürlü əşyalar dövrünə qədəm qoyuruq. Əşyalar fiziki aşınmaya macal tapmadan sürətlə mənəvi köhnəlməyə məruz qalır. Nəyinsə yenisini almaq, onu təmir etməkdən daha sərfəli olur.

Bu dəyişiklik seli hər gün daha çox informasiya tələb edir. Hər 15 ildən bir elmi məqalələrin sayı iki dəfə artır. Dünyada elmi-texniki ədəbiyyatın illik artımı təxminən 60 milyon səhifə təşkil edir.
Elmi informasiya seli həyatımıza elə sürətlə daxil olur ki, dünən həqiqət hesab edilənlər bu gün uydurmaya çevrilir. Yüksək səriştəli mütəxəssislər daima öz səriştələrinə şübhələnir, daim oxumalı, öyrənməli olurlar.
Bütün bu dəyişikliklər, bütün bu surət , bu temp insanların psixologiyasına, ruhi tarazlığına təsir edir, bizim həyata baxışımız, dünyanı dərk etməyimiz dəyişir.

İKT, dəyişən dünya və biz

Sürətlə dəyişən dünyada bizim məşğuliyyətimiz, işimiz, əyləncəmiz və təhsilimiz dəyişir.
Biz bu dəyişikliyə, bu sürətə hazırıqmı, uyğunlaşa bilirikmi? Bu dəyişən dünyada yalnız akademik biliklər uğurun zəmanəti sayıla bilməz. Bu sürətə uyğunlaşmaq üçün daha fərqli, daha geniş bilik, daha çox vərdiş və bacarıqlara yiyələnmək, daha çox səriştəli olmaq lazımdır.
Bütün bu dəyişikliklərin, bütün bu sürətin ən güclü katalizatoru informasiya və kommunikasiya texnologiyalarının (İKT) misli görünməmiş inkişafıdır.
Elmi-texniki tərəqqi, informasiya inqilabı, internet-texnologiyalar mövcud biliklər sistemində yaratdığı qarışıqlıq mövcud bilik bazasını daim yeniləmədən həyatımızın müxtəlif mərhələlərində sosial, professional və elmi adaptasiya mümkünsüz edir.
Eyni zamanda İKT sürətlə dəyişən dünyaya uyğunlaşmaq, texnologiyanın necə işlədiyini bilmək və yeni fikirləri araşdırmaq, yenilənmək üçün bacarıq və qabiliyyətləri inkişaf etdirməyə kömək edən vasitələrdən biri, bəlkə də ən vacibidir. Hər an sürətlə qəbul etdiyimiz yenilənən informasiyanı qavrayıb tətbiq etmək üçün kompüter texnologiyalarının rolu əvəzsizdir.
Kompüter bilikləri əldə etməklə, bu sahədə mövcud bilikləri yeniləməklə daha səriştəli mütəxəssis olmaq, dəyişən dünyaya daha tez uyğunlaşmaq olar.
Sürətlə dəyişən dünyanın tempinə uyğunlaşmaq üçün İT biliklərinizi daima yeniləyin! Bunu necə etməyin yollarını axtarırsınızsa ƏLAQƏ saxlayın, bilik və bacarıqlarımızı birgə yeniləyək, sürətlə dəyişəm dünyada birlikdə dəyişək!