Dəyişən biliklər yaxud “Beşikdən qəbir evinədək öyrən!”
Deyəsən Aristotelin sözləridir: “İnsan, düşünən heyvandır.” Yaşamaq üçün insanın özünə, düşünmək üçün isə onun ağlına qida lazımıdır. İnsan ağlı insanın özü kimi acgözdür, amma qidaları fərqlidir. Ağıl üçün ən yaxşı qida bilikdir, həm də istənilən bilik. Amma daha lazımlı biliklərə üstünlük verilsə daha yaxşı olar. Təəssüf ki, ətrafımız lüzumsuz informasiya ilə, biliklə doludur. Bilik bolluğunda yalnız bizə lazım olana diqqətimizi yönəldə bilsək, həm də bu yönəltmə qısa müddətli deyil, ömür boyu olsa, yeni tendensiyanın axarına düşmüş oluruq. “Ömür boyu təhsil” (Life-long Learning yaxud 3L) adlanan bu tendensiya Avropa və Amerikada çox dəbdədir, biz də dəbdən geri qalmayan insanlar kimi artıq bu ifadədən tez-tez istifadə edirik.
“Ömür boyu təhsil anlayışı” 20 əsirdə meydana çıxıb, ilk dəfə 1968-ci ildə YUNESKO-nun materiallarında istifadə edilib. 1970-ci illərin ortalarından başlayaraq ömür boyu təhsil bir çox ölkələrdə geniş dəstək tapır, təhsil islahatlarının əsasını təşkil edir.
Əslində “ömür boyu təhsil” (Life-long Learning) anlayışının kökləri daha qədimlərə gedir. İslam peyğəmbərinin “Beşikdən qəbir evinədək öyrən!” sözlərini yada salmaq kifayətdir. Hazırda bu deyim daha aktualdır.
İstənilən praktik insan nəyisə əldə etmək üçün müəyyən addımlar atmağın vacibliyini anlayır, həm də o, bu addımları – oxumağı, işləməyi və ümumiyyətlə yaşamağı – daxildən gələn bir istəklə, həvəslə atmaq istəyir. Atılan bu addımlar insanın şəxsi inkişafı üçün vacibdir. Sürətlə dəyişən dünyada bir dəfə təhsil alıb, nəyisə nə vaxtsa oxumaqla inkişafa nail olmaq çətinləşir. Dünyanın dəyişim tempi insandan bilikləri yeniləməyi tələb edir. “Beşikdən qəbir evinədək öyrən!” məhz buna görə daha akrualdır.
30 ildən sonra
“Homo Sapiens” və “Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari Türkiyə mətbuatına müsahibəsində belə məqama diqqət yönəldir:
Tarix boyunca ilk dəfə bundan 30 il sonra iş bazarının necə olacağını, uşaqlara peşə ilə bağlı nə deyəcəyimizi bilmirik. Kimisi uşaqlara kodlaşdırma təhsili verməyimizi tövsiyə edir. Amma bəlkə də, 30 ildən sonra süni intellekt insanlardan daha yaxşı proqramlar yazacaq.
İndi uşaqlarımıza verə biləcəyimiz ən yaxşı məsləhət həyatları boyunca özlərini yeniləmək bacarığıdır. Daim, yenidən və yenidən özünüzü yeniləməniz tələb olunacaq. Bunun üçün də elastik bir beyinə sahib olmaq lazımdır.
Ümumiləşdirsək, sürətlə dəyişən dünyada insan, yalnız bilikıərini deyil, özünü, vərdiş və bacarıqlarını, beynini yeniləməyi öyrənməlidir. “Beşikdən qəbir evinədək öyrən!” məhz buna görə aktualdır.
Bu gün bütün dünyada yeni nəsil yetişir. Bu nəslin dünyaya baxış tərzi, yaşam tərzi, intellektual səviyyəsi internetə qədərki dövrün canlı şahidlərindən tamamilə fərqlənir. İnternet dövrünün insanının təhsilə münasibəti və özünü realizə üsulları da fərqlidir. Bu isə təhsil sistemində köklü dəyişiklikləri və yeni yanaşmalari şərtləndirir. Dövr insandan əl çatan olan böyük həcmli informasiya seli ilə işləmək, seçmək vərdişlərini, tənqidi düşüncənin inkişafını tələb edir. İnformasiya və texnoloji mühitin sürətli dəyişməsi “Beşikdən qəbir evinədək öyrən!” çağrışını daha da aktual edir.
“Beşikdən qəbir evinədək öyrən!” yaxud ömür boyu təhsil son nəticədə insanın maariflənməsi, daha yüksək səviyyəyə qalxması, yenilənməsidir. Bu yenilənmə yeni resurslar, yeni imkanlar, yeni iradə və yeni güc deməkdir. Bu yenilənmə prosesinin iştirakçısı tək bir İNSAN deyil, cəmiyyətin bütün oyunçuları, onun ailəsi, təhsil ocaqları, iş verənlər, həmkarlar təşkilatlarıdır.
Ağıllı insandan öyrənən insana
Beləliklə, həyat AĞILLI İNSANIN ÖYRƏNƏN İNSANA transformasiyasını tələb edir. Təhsil sahəsində avtoritet hesab edilən amerikalı alim B. Dreyvs bu haqda belə yazır:
Sapiens” və “Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari Türkiyə mətbuatına müsahibəsində belə məqama diqqət yönəldir:
“… ötən əsrin 30 –cu illərində yaşayan amerikalı müasir amerikalının günün bir neçə saatını avtomobil arxasında keçirəcəyini fikirləşə bilməzdir. Eynilə indi təsəvvür etmək olmur ki, bir-neçə ildən sonra biz hər gün bir-neçə saat öyrənməyə məhkum olacağıq.”
Bəs bu öyrənmə prosesi necə baş verəcək, nələrdən istifadə edəcəyik? Mütəxəssislərin yekdil rəyinə görə informasiya texnologiyaları, o cümlədən İnternet, insanların, öyrənənlərin ömür boyu təhsil yolunda ən yaxşı köməkçidir. Məhz İKT-dən istifadə etməklə istənilən sahədə çalışan insan öz səriştələrini yeniləyərək rəqabətə davamlı mütəxəssis kimi ayaqda qala bilər.
Amma ilk növbədə İKT üzrə biliklərə malik olmaq, daima bu bilikləri yeniləmək lazımdır və vacibdir. Bu yolda kömək lazım olsa, ƏLAQƏ saxlayın.
“Beşikdən qəbir evinədək öyrənin!”, birlikdə öyrənək, birlikdə yenilənək, sürətlə dəyişən dünyada bilik və bacarığımızı birgə yeniləyək!

