HAQQIMDA
Cəmil Əsədov – yəni mən öş işini öz işini mükəmməl görməyə çalışan yüzlərlə insandan biriyəm. 7 yanvar 1966-cı ildə Zərdab şəhərində anadan olmuşam.
Orta məktəbi Zərdab şəhərində, Ş.Qurbanov adına 2 saylı orta məktəbdə oxumuşam.
1988-ci ildə Xarkov Radioelektronika İnstitutunu bitirərək EHM-in mühəndis-konstruktor-texnoloqu ixtisasına yiyələndim. 2002-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında “Aqrar istehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə ixtisasartırma kursunu bitirdim. Buraxılış işimin mövzusu – “Kəndli – fermer təsərrüfatının planlaşdırılması” idi.
Buraya keçid etməklə “Sən kimsən?” sualına az-çox cavab tapa bilırsiniz.
Əmək fəaliyyətimə 1988-ci ildə Bakı Elektron Hesablama zavodunun Xüsusi Konstruktor Bürosunda mühəndis-konstruktor kimi başladım. Bu il, yəni 2024-cü ildə əmək fəaliyyətimin 36-cı ili tamam olur. Bu müddətdə iqtisadi sektorda, İT sahəsində çalımış, pedoqoji fəaliyyət də göstərmişəm. Hazırda pedoqoji fəaliyyətlə yanaşı, həm də saytlar üçün mühasibat uçotu sahəsinə aid məqalələr hazrlayıram.
Əmək fəaliyyətim haqqında buradan daha çox məlumat almaq olar.
Əsas fəaliyyətimlə yanaşı müxtəlif vaxtlarda müxtəlif layihələrin təşkilatçısı və iştirakçısı olmuşam. Zərdab rayonunda ilk kompüter kursunun təşkili, Zərdabı İnternet məkanda təmsil edən ilk informasiya resursu (bu resurs həm də 2009-cu ildə NETTY 2009 Azərbaycan Milli İnternet Mükafatının nominantı oldu), “Kompüter operatoru” peşəsi üçün qiymətləndirmə standartlarının hazırlanması (Peşə Təhsili üzrə Dövlət Agentliyi üçün) – bunlar hamin layihələrə nümunədir.
Kitablar:“Uğura gedən yol” (həmmüəllif), peşə təhsili üçün 5 ixtisas dərsliyi, “Qanun” nəşriyyatı üçün tərcümələr.
Jhon Deo
Phone: +1 916-875-2235
Email: jhondeo@jhonsweb.com

